14:03
244
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Kaliforniya ştatında meşə yanğınları səbəbindən boşaldılan evindən oğurluq ola bilər.

Teleqraf.com xəbər verir ki, "ABC7" telekanalı məlumat yayıb.

"Şənbə günü vitse-prezident Kamala Harrisin Brentvuddakı evində mümkün oğurluq hadisəsi barədə məlumat verilib", - deyə bildirilib.

"ABC7" xəbər verir ki, oğurluğa dair heç bir dəlil yoxdur. İki nəfər komendant saatını pozduğuna görə polis tərəfindən həbs edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər