Almaniyanın xarici işlər naziri Annalena Berbok Ər-Riyadda Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani ilə görüşüb.
Teleqraf.com DPA-ya istinadə xəbər verir ki, onlar əl sıxaraq salamlaşıblar.
Qeyd edək ki, yanvarın 3-də Berbok fransalı həmkarı Jan-Noel Barro ilə birlikdə Dəməşqə səfər edib. O vaxt Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qadınla əl sıxmaqdan imtina ediblər.