ABŞ-nin yeni seçilmiş prezidenti Tramp İsrailin HƏMAS hərəkatı ilə sövdələşməsinin onun andiçmə mərasimi günü, yanvarın 20-də bağlanmasını istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Axios" İsrail rəsmilərinə istinadən xəbər verir.
Qeyd olunur ki, bunu Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İsrailin baş naziri Benyamin Netanyahuya görüş zamanı vurğulayıb.
“Vitkoff Benyamin Netanyahu ilə görüşüb və Trampın yanvarın 20-dək razılığa gəlmək məqsədini vurğulayıb”, - nəşr yazıb.
Rəsmi qeyd edib ki, son günlər İsrail və HƏMAS danışıqlarda irəliləyişə nail ola bilib, lakin mübahisəli məsələlər hələ də qalmaqdadır.