00:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketi hazırladığını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə nazir Boris Pistorius deyib.

O, “Der Spiegel” jurnalının kansler Olaf Şolzun buna mane olduğu iddiası ilə bağlı məlumatı təkzib edib.

"Bloklama yoxdur", - deyə o bildirib. "Biz Müdafiə Nazirliyində Ukraynaya yeni yardım paketi hazırlamışıq", - deyə nazir qeyd edib. O, Almaniya hökumətinin sadəcə olaraq təsdiqləmə prosesini hələ başa çatdırmadığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər