Los-Anceles vilayətində təxliyə əmrləri son bir neçə gündə azalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin şerifi Robert Luna bildirib.
Onun sözlərinə görə təxminən 105 min insan təxliyə oluna bilər. Los-Anceles vilayəti Yanğınsöndürmə İdarəsinin rəisi Entoni Maron bölgədə yanğın təhlükəsinin yüksək olaraq qaldığını açıqlayıb.
Hazırda 56 kvadratkilometr ərazini əhatə edən İton bölgəsindəki yanğının 15 faizi lokallaşdırılıb. 97 kvadratkilometr ərazini əhatə edən Paliseyds bölgəsindəki yanğının isə 11 faizini lokallaşdırmaq mümkün olub.