İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.
Teleqraf.com xəbər verir ki, ayrı-ayrı ölkələr üzrə Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizəd yekdilliklə təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.