12 Yanvar 22:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığında Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlardakı irəliləyişi müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumət başçısının ofisi məlumat yayıb.

“Baş nazir ABŞ prezidenti ilə girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyişləri müzakirə edib və ona prosesi sürətləndirmək üçün Dohada danışıqlar aparan nümayəndə heyətinə verilən mandat barədə məlumat verib”, - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər