01:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Slovakiya parlamentinin nümayəndə heyətini Rusiyaya aparan təyyarənin uçuşuna icazə verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski məlumat verib.

“Biz uçuşu rədd etmədik, onlar bizə şifahi qeyd etmədən yalnız natamam sənədlər göndərdilər. Sonra lavə sənədlər istədikdə, onlar bizə uçuşun dəyişdirilməsi üçün müraciət etdilər”, - diplomat bildirib .

Yanvarın 12-də Slovakiya Milli Şurasının (birpalatalı parlament) vitse-spikeri Andrey Danko Moskvaya uçub. Parlament nümayəndə heyəti günorta saatlarında Bratislavanı tərk edib. Polşa uçuşun öz hava məkanından keçməsinə icazə verməyib, buna görə də xüsusi təyyarə Çexiya və Almaniyadan keçib.

Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Polşanın Slovakiyanın parlament nümayəndə heyətinin olduğu təyyarənin ölkədən keçməsinə icazə verməməsini ağlasığmaz adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər