2024-cü ildə Belqorod vilayətinin atəşə məruz qalmış ərazilərindən olan 70 mindən çox uşaq Rusiya Federasiyasının digər bölgələrinə yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov “Rossiya-24” telekanalında məlumat verib .
“2024-cü ildə 70 minə yaxın uşaq Rusiyanın bölgələrinə aparıldı. Biz bütün bölgələrə müraciət etdik. Uşaqlarımız Kalininqraddan Vladivostoka, Yamaldan Mahaçqalaya qədər səpələnib”, - qubernator qeyd etdi.