12 Yanvar 21:13
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ordusunun dörd əsgəri anbarın yaxınlığında 240 tank əleyhinə mina qoyub getdikləri üçün məhkəməyə verilib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, onlar silahları boşaldarkən səhlənkarlığa yol veriblər.

Hadisə 2024-cü ilin iyulunda baş verib. Minalar ölkənin şərqindən şimal-qərbdəki Mostı kəndi yaxınlığındakı hərbi anbara daşınıb. Təyinat yerinə çatdıqdan sonra minalar tam boşaldılmayıb. 240 mina İsveç mebel istehsalçısı olan IKEA şirkətinin anbarı yaxınlığına atılıb.

Hadisədən sonra hərbi hissənin generalı Artur Kempçinski istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər