11:16
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamaları Vaşinqtonun dünya səhnəsindəki hegemonluğunun zəif olduğunu deməyə əsas verir.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Çin "Taihe İnstitutu"nun baş elmi işçisi Vanq Zaybanq bildirib.

Ekspert hesab edir ki, Tramp və onun ətrafı görürlər ki, onların ölkələrinin hegemonluğu təhlükə altındadır və çoxqütblü dünya tendensiyası artıq dayandırıla bilməz.

O, həmçinin Trampın ərazi iddialarının iki mümkün səbəbinin adını çəkib. Əvvəla, analitik hesab edir ki, seçkilərdə qalib gəldikdən sonra respublikaçının siyasi ambisiyaları şişib və o, “başını itirib”. Ekspertin fikrincə, ikincisi, Tramp populyarlığını qorumaq üçün “qaynar mövzular” tapmağa çalışır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər