13:02
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Keyt Middlton kimyaterapiya kursunu bitirdikdən sonra "böyük təzyiq" altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “In Touch Weekly” nəşri məlumat yayıb.

“Keyt şübhəsiz ki, sevimli və kral ailəsinin ən hörmətli üzvüdür. O, əlbəttə ki, bunu yüksək qiymətləndirir, lakin mövcud şərait ona çox təsir edir, çünki ailənin atdığı hər addımda onun fikri soruşulur”, - insayder nəşrə bildirib.

Mənbə onu da qeyd edib ki, şahzadə Endryu ilə qalmaqaldan, şahzadə Harri və Meqan Marklın sərt açıqlamalarından sonra kral ailəsi öz reputasiyasını bərpa etməlidir və onlar bu məsələdə Keyt Middltondan kömək gözləyirlər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər