Kolumbiyanın şimal-qərbində kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər həlak olub.
Teleqraf.com xəbər verir, bu barədə Antiokiya departamentinin risklərin idarə edilməsi bürosunun direktoru Karlos Rios Puerta məlumat verib.
"Pacifica Travel" şirkətinə məxsus təyyarə Kolumbiyanın şimal-qərbindəki Antiokia departamentində qəzaya uğrayıb. Təyyarədə iki ekipaj üzvü və səkkiz sərnişin olub.
"Təəssüf ki, heç kim sağ qalmayıb. Hadisə yerində 37 personal işləyir, biz cəsədləri axtarırıq", - Rios Puerta bildirib.
Kolumbiyanın Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi həlak olanların ailələrinə başsağlığı verib.
Məsələ ilə bağlı araşdırma başlayıb.