Fransanın paytaxtı Parisdə yaşayan bir kişi 10 milyon avroluq sərvətini həyatında heç vaxt ziyarət etmədiyi Normandiyadakı Tibervili qəsəbəsinə miras qoyub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə yaşayan meteoroloq Rocer Tibervil 91 yaşında vəfat edib. O soyadını götürdüyü doğma qəsəbəsi Tibervili heç vaxt ziyarət etməyib.
1773 nəfər əhalisi olan şəhərin meri Qay Paris bələdiyyənin illik büdcəsindən 5 dəfə çox olan bu pulu necə xərcləyəcəyini bilmir.
"Açığını deyim ki, həqiqətən böyük məbləğdir. Biz hələ bu pulla nə edəcəyimizi bilmirik"- deyə bildirib.