11:46
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşmək planlarını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə ARD telekanalının efirində deyib.

"Bu, pis xəbər deyil" - deyə vurğulayıb.

Kansler Ukraynanın suverenliyinin şübhə altına alınmamasının təmin edilməsinin vacibliyini qeyd edib. Şolz əmindir ki, nə vaxtsa Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı real müzakirələrin keçiriləcəyi vaxt gələcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər