17:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əməkdaşlığın inkişafı üçün regionda sülh olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Gürcüstan hələ də işğaldan əziyyət çəkir. Çalışacağıq ki, ərazilərimizi sülh yolu ilə geri qaytaraq", - nazir bildirib.

O, həmçinin vurğulayıb ki, regionda baş verən proseslər bölgə üçün təhdiddir:

"Ölkələrimizin bir - birinin ərazi bütövlüyünü dəstəkləməsi yaxşı haldır. Hər zaman qonşuluq əlaqələrinə üstünlük vermişik. Çalışırıq ki, bölgədə sülh olsun. Baş verən hadisələr fonunda biz dostluğumuza davam edəcəyik. Söhbət həm ölkələr arasında, həm də beynəlxalq miqyasdan gedir. Azərbaycanla Gürcüstan arasında mədəniyyət, iqtisadi sahədə əlaqələrin gücləndirilməsinin tərəfdarıyıq".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər