"Son zamanlar ölkələrin daxili işlərinə müdaxilə halları ilə qarşılaşırıq".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, həm Azərbaycan, həm də Gürcüstan belə təhdidlərə sinə gərə bilir:
"Azərbaycanla Gürcüstanın əməkdaşlığının tarixi var. Bir-birimizlə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bu da regiona ciddi fayda verir".
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Müstəqil və suveren siyasət yürüdən ölkələrin daxili işlərinə qarışmaq yeni tendensiya deyil. Böyük ehtimal, proseslər indiki kimi aqressiv olmayıb. Həmkarım Gürcüstan - Azərbaycan nümunəsini xatırlatdı. Ölkələrimiz daim milli maraqlarına uyğun siyasət aparır. Belə olanda isə hədəfə çevrilirsən. Bəhanə kimi müxtəlif alətlərə əl atılır. Azərbaycan suverenliyini bərpa etdiyinə görə bizi cəzalandırmaq istəyirdilər. Gürcüstana isə "Xarici Agentlər haqqında” qanunu bəhanə gətirərək müdaxilə etməyə çalışırdılar".