17:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Milli Rifah Fondundakı ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,22 trilyon rubl azalaraq 11,88 trilyon rubla (təxminən 116 milyard dollar) düşüb.

Teleqraf.com xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin bəyanatında Milli Rifah Fondunun vəziyyəti ilə bağlı təfərrüatlar yer alıb.

Açıqlamada fondun vəsaitlərinin həcminin 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,22 trilyon rubl azaldığı, ümumi vəsaitlərinin yanvarın 1-nə 11,88 trilyon rubla düşdüyü bildirilib. Həmçinin qeyd olunub ki, ehtiyatların ÜDM-ə nisbəti 6,2 faiz təşkil edib.

Qeyd edək ki, Rusiya 2021-ci ilin iyulunda Milli Rifah Fondundakı dollar, 2022-ci ildə sterlinq və yen, 2024-cü ilin yanvarında isə avro ehtiyatlarını sıfıra endirib.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər