"Bu gün Gürcüstan və Azərbaycan üçün çox mühüm məsələləri müzakirə etdik".
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Gürcüstan XİN rəhbəri vurğulayıb ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda böyük potensiala malik 2 dövlətdir.
Boçorişvili iki ölkənin enerji sahəsində son illər həyata keçirdiyi layihələr barəsində danışıb.
"Qara dənizin dibi vasitəsilə elektrik enerjisinin ötürülməsi həm Azərbaycan, həm Gürcüstan, həm də region üçün çox mühüm hadisədir. Bu yolla biz, Avropaya enerji nəqlinə nail olacağıq", - deyə Gürcüstan XİN rəhbəri diqqətə çatdırıb.