Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.