Gürcüstan parlamentinin sədr müavini Sozar Subari jurnalist Olesya Vartanyanı vətənə xəyanətdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, o, “İmedi” telekanalında yayımlanan “İmedi Live” proqramında jurnalisti böhtançı adlandırıb.
“Helsinki Komissiyasında Ermənistanla bağlı keçirilmiş dinləmələrdə vətəndaşlarımızdan biri Olesya Vartanyan tamamilə böhtan xarakterli bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Gürcüstan ərazisi Rusiyaya qarşı sanksiyalardan yan keçmək üçün istifadə olunur. Əgər siz Gürcüstan vətəndaşı kimi buna qadirsinizsə, bu, öz vətəninizə xəyanətdir”, - S.Subari deyib.
Xatırladaq ki, ötən gün birinci vitse-spiker Gia Volski də O.Vartanyanın fikirlərinə sərt reaksiya verib. O, jurnalisti bilərəkdən şər toxumları səpməkdə ittiham edib.