Rusiyanın Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşən 12 minlik Şimali Koreya kontingenti yaxın üç ay ərzində öldürülə və ya məhv edilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski artıq Kurskda 3800 Şimali Koreya hərbçisinin öldürüldüyü və ya yaralandığını açıqlayıb. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, indiyədək 300 Şimali Koreya hərbçisi döyüş zamanı həlak olub, 2700-ü isə yaralanıb. Şimali Koreyanın itki nisbəti 2024-cü ilin dekabr ayının əvvəlində irimiqyaslı əməliyyatların başlamasından bəri gündə təxminən 92 nəfər olub.
“Şimali Koreyanın təxminən 12 min hərbçisini Kursk vilayətinə yeritdiyi bildirilir. İtkilərin bu həddə davam etməsi halında, Kursk vilayətindəki bütün Şimali Koreya kontingenti təxminən 12 həftə ərzində (aprelin ortalarına qədər) öldürülə və ya yaralana bilər”, - hesabatda deyilir.