Gürcüstanda ötən ilin noyabr-dekabr aylarında keçirilmiş aksiyalarla bağlı 52 nəfərə zərərçəkmiş statusu verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi İstintaq Xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılan istintaq zamanı 49 jurnalist olmaqla 343 nəfər dindirilib, aksiyalarda xəsarət almış 226 nəfərə məhkəmə-tibbi ekspertiza təyin olunub.
Qeyd olunub ki, “TV Pirveli” kanalının əməkdaşları Maka Çixladze və Giorgi Şetsiriuli ilə bağlı peşə fəaliyyətinə mane olma, quldurluq etmə və sağlamlığa zərər vurma maddələri üzrə araşdırmalar davam etdirilir.
Xidmətdən ,həmçinin bildirilib ki, aksiyalar zamanı ictimai asayişin qorunmasında və vətəndaşların saxlanılmasında iştirak etmiş hüquq-mühafizə orqanları əməkdaşlarının da dindirilməsi aparılır.