Çin Prezidenti Si Cinpin və ABŞ-nin yeni prezidenti Donald Tramp telefon danışığında müntəzəm təmaslar üçün strateji kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, rabitə kanalı iki ölkə üçün ümumi maraq kəsb edən əsas məsələlər üzrə əlaqə saxlamaq üçün lazımdır.