Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başa çatıb.
Teleqraf.com TASS.ru-ya istinadla xəbər verir ki, iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanıb.
Bildirilir ki, müqavilə Moskva ilə Tehran arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması, onların strateji tərəfdaş statusunu təmin etmək məqsədi daşıyır. Həmçinin gələcək uzunmüddətli əməkdaşlıq üçün hüquqi baza yaradır.
Tərəflərin açıqlamasına görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla bir sıra sahələri əhatə edir.
Yanvarın 17-də Pezeşkian iki ölkə arasında strateji tərəfdaşlıq sazişini imzalamaq üçün Moskvaya səfər edib.