12:07
5 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Millli Kəşfiyyat Təşkilatı (MİT) 1935-ci il kəşfiyyat hesabatını öz saytında dərc edib.

Teleqraf.com xəbər verir ki, 90 illik hesabat MİT-in saytında “Xüsusi kolleksiya” adlanan sənədlər bölməsində yerləşdirilib.

Sənəd fəaliyyətlərinə Milli Təhlükəsizlik Xidməti (MAH) tərəfindən nəzarət edilən “Times”ın əməkdaşı (ABŞ casusu) Uolter Kollinzin əlaqədə olduğu Nurəddin adlı müxbirin MAH üçün işlədiyini göstərir.

Hesabatın yayımlanması ilə Kollinzin müxbirə Türkiyə Cümhuriyyətinin liderləri Mustafa Kamal Atatürk, İsmət İnönü və Marşal Fevzi üçün istifadə etməyi tapşırdığı kod adları üzə çıxıb.

Sözügedən 2 fevral 1935-ci il tarixli hesabatda aşağıdakı ifadələr yer alır:

“Kollinz 1935-ci il yanvarın 28-də İstanbula qayıdıb. Burada qəzetin yazarlarından biri olan Nurəddin bəylə görüşərək, onu Ankara müxbiri təyin edib. Nurəddin bəy Kollinz üçün yazacağı teleqramlar və ondan alacağı direktivləri bizə göstərəcək.

İlk göstərişində ona Atatürk yerinə “Robertson”, İsmət İnönü yerinə “Smit”, Marşal Fevzi yerinə “Braun” adlarını istifadə etməsini söyləyib. Özü olmayanda yerinə Kanutun keçəcəyini və ünvanının “Fındıklı-Exelsior” oteli olduğunu bildirib.

Ümid edirəm ki, burada Nurəddin bəylə əlaqə saxlanılacaq və Kollinzin Ankara ilə yazışmaları və təmasları izləniləcək və məlumat veriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər