16:43
3 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın yeni hökumətinin rəhbəri Əhməd Şəra İsrailin ölkəsinin ərazisinə hərbi müdaxiləsi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, iki ölkə arasındakı məsələlərin BMT çərçivəsində həllinə hazır olduğunu bildirib.

“İsrailin bölgəyə müdaxiləsi İran yaraqlıları və “Hizbullah”ın mövcudluğu ilə bağlı idi. Dəməşqin azad edilməsindən sonra artıq onların (İran və “Hizbullah”ın) burada mövcudluqları yoxdur. İsrailin bu gün Suriya əraziləri və bufer zonaya doğru irəliləmək üçün müxtəlif bəhanələri var”, - Şəra deyib.

Suriya lideri əlavə edib ki, Dəməşq BMT qüvvələrinin bu beynəlxalq təşkilatın ölkəsi ilə İsrail arasında yaratdığı bufer zonada yerləşdirilməsinə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər