17 Yanvar 18:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.

Qeyd edək ki, Çinin vitse-prezidenti Han Cen ABŞ tərəfinin dəvəti ilə yanvarın 20-də Donald Trampın andiçmə mərasimində iştirak edəcək. Nazirlik rəsmi Pekinin ABŞ ilə münasibətləri və onun inkişafını qarşılıqlı etimad, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında gördüyünü bəyan edib.

Donald Trampın ilk prezidentliyi dövründə ABŞ-Çin münasibətləri son onilliklərin ən dərin böhranını yaşayıb. Növbəti illərdə də Tramp administrasiyasının Çinə qarşı aqressiv ticarət siyasətini gücləndirəcəyi ehtimal olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər