17 Yanvar 23:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1 milyard 235 milyon manat olub.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə, informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 601,7 milyon manatlıq xidmət göstərilib.

Göstərilən xidmətlərin 71,2 faizi əhali sektoruna aid olub.

2024-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb. Bu sahədə əldə edilmiş gəlirin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər