Elm adamları son araşdırmalar zamanı müəyyən ediblər ki, əvvəllər planetimizin təbii peyki Ayın Saturunda olduğu kimi halqaları ola bilərdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Astronomy and Astrophysics” (A&A) jurnalı məlumat yayıb.
Tədqiqatçılara görə, Ayın ətrafında belə halqaların olması ehtimalı çox yüksəkdir - 95 faiz.
Tarixin hər hansı bir dövründə Ayın halqaları olubsa, alimlərin fikrincə, bunlar qeyri-qravitasiya amillərinin təsiri altında zamanla yox olublar. Məsələn, Günəş radiasiyası bu halqaların məhv olmasına ən güclü təsiri göstərə bilərdi.