Rusiya qoşunları Kursk vilayətində bütün istiqamətlərdə irəliləyir, Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazinin 63,2 faizi artıq azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurum Ukrayna qüvvələrinin ciddi itkilərlə geri çəkildiklərini bildirib.
“Rus qoşunları bütün istiqamətlərdə irəliləyir. Düşmən xeyli itki verir və işğal etdiyi ərazilərə əlavə ehtiyatların göndərilməsinə baxmayaraq, geri çəkilir. İlkin olaraq düşmən tərəfindən Kursk vilayətinin işğal edilmiş ərazisinin 63,2 faizi (1268 kvadrat kilometrdən 801-i) azad edilib”, - açıqlamada deyilir.