00:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda həkimlər rapunzel sindromlu dörd yaşlı qızın mədəsindən nəhəng tük topası çıxarıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, uşaq bir həftə davam edən ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər qızın mədəsində tük topası aşkarlayıblar. Saçın mədəni tamamilə doldurduğu və nazik bağırsağa yayıldığı bildirilib. Xəstənin valideynləri uşağın iki həftə əvvəl gözlənilmədən öz saçlarını yeməyə başladığını deyiblər.

Qeyd edək ki, rapunzel sindromlu uşaqlar arasında saç yemək geniş yayılsa da, mədədə bu qədər saç topasının aşkarlanması nadir haldır.


Müəllif: Arzu

Oxşar xəbərlər