00:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində hər iki ölkənin kəşfiyyat xidmətləri qarşılıqlı fəaliyyət səviyyəsini yüksəldəcək.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş sazişin mətnində deyilir.

“Milli təhlükəsizliyi gücləndirmək və ümumi təhdidlərə qarşı mübarizə aparmaq məqsədilə razılığa gələn tərəflərin kəşfiyyat və təhlükəsizlik xidmətləri məlumat və təcrübə mübadiləsi aparır, əməkdaşlığın səviyyəsini artırırlar” - sənəddə deyilir.

Kəşfiyyat xidmətləri arasında qarşılıqlı əlaqə ayrı-ayrı müqavilələr əsasında həyata keçiriləcək.

Rusiya və İranın kəşfiyyat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi milli təhlükəsizliyin gücləndirilməsinə, terrorizm, ekstremizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı yönəlib.


Müəllif: Arzu

Oxşar xəbərlər