Panama prezidenti Xose Raul Mulino ABŞ prezidenti Donald Trampın kanalla bağlı iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında yazıb.
Mətndə deyilir: "Kanal Panamanın bir hissəsi olub və olacaq, ona nəzarət daimi neyrtalitetin ciddi gözlənilməsi şərtilə Panamada qalacaq".
Mulinonun sözlərinə görə, bu istiqamətdə "mübarizə 1999-cu ildə bitib", həmin vaxtdan etibarən Panama fasiləsiz olaraq kanala nəzarət edir.
Xatırladaq ki, Donald Tramp inauqurasiya nitqində Vaşinqtonun Panama kanalına nəzarəti ələ keçirmək niyyətindən danışıb.