ABŞ prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Rusiya və Ukraynanın adını çəkməyib.
Teleqraf.com xəbər verir ki, prezidentin çıxışı təxminən yarım saat davam edib.
Trampın seçki kampaniyası zamanı müntəzəm olaraq münaqişəni dayandıracağına söz verməsinə baxmayaraq o, Rusiya-Ukrayna müharibəsindən danışmayıb.
Lakin yeni prezident bütün müharibələri dayandıracağını və dünyaya yeni birlik ruhu gətirəcəyini vəd edib.