20 Yanvar 23:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp fəaliyyəti dövründə "sülh yaradan və birləşdirici" olacaq.

Teleqraf.com xəbər verir ki, o, bu barədə inauqurasiya mərasimində bildirib.

Onun sözlərinə görə, sülh və birliyə can atmaq onun prezident kimi fəaliyyətinin əsas prinsipi olacaq. O, əlavə edib ki, Birləşmiş Ştatların gücü bütün müharibələrə son qoymağa imkan verəcək, həmçinin dünyada birliyi təmin edəcək.

Tramp vurğulayıb ki, ABŞ Silahlı Qüvvələrinin əsas missiyası ölkəni düşmənlərdən qorumaq olacaq.

Prezident əlavə edib ki, Vaşinqtonun uğuru təkcə döyüşlərdəki qələbələrlə deyil, həm də müharibələri bitirməklə ölçüləcək.


Müəllif: Arzu

Oxşar xəbərlər