Venesuela ABŞ ərazisində qeyri-qanuni yaşayan bütün vətəndaşlarını qəbul etməyə razılıq verib.
Teleqraf.com xəbər verir ki, Venesuela bu barədə ABŞ prezidenti Donald Trampla razılığa gəlib.
Tramp bildirir ki, Karakas ABŞ-dəki bütün Venesuela vətəndaşlarını, o cümlədən "Tren de Aragua" cinayət qrupunun üzvlərini geri qaytarmağa razılaşıb.
Amerika liderinin bəyanatına görə, Venesuela bu miqrantların vətənlərinə qaytarılması prosesinin təşkili və maliyyələşdirilməsini öz üzərinə götürür.