Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Teleqraf.com xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşdə hesab açılmayıb - 0:0.
Qolsuz heç-heçə ilə yekunlaşan matçdan sonra Elmar Baxşıyevin komandası 42 xalla liderdən 8 xal geri qalır. Sumqayıtlılar isə 21 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb.
Qeyd edək ki, günün ilk matçında "Kəpəz" "Sabah"a - 3:2, “Neftçi” isə “Şamaxı”ya qalib gəıib - 1:0. Turun bağlanış günü “Zirə” “Qarabağ”ı qəbul edəcək.