01:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini, partiyanın baş katibi Yaşar Kələntərli 67 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bunu partiyanın sədr müavini Niyaməddin Orduxanlı bildirib.

"ƏHD Partiyasına çox böyük bir itki üz verib. Qüdrət bəyin müavini, partiyanın baş katibi, Azərbaycan dövlətinin müstəqiliyinin əldə olunmasında böyük mücadilə vermiş, Milli Azadlıq Hərəkatının fəallarından biri, Bütöv Azərbaycan sevdalısı, türk millətçisi, dəyərli qardaşımız Yaşar Kələntərli dünyasını dəyişib. Hamımızı sarsıdan bu xəbərə hələ də inana bilmirik", - N.Orduxanlı sosial şəbəkə hesabında yazıb.

Yaxınlarının bildirdiyinə görə, siyasətçinin heç bir xəstəliyi olmayıb.

O, fevralın 1-də partiyanın qərargahında işdə olub. Axşam saatlarında evə gedib, nəvələri ilə oynayıb. Bir qədər sonra qəfildən halı pisləşib və vəfat edib.

Qeyd edək ki, ƏHD Partiyasının sədri Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdir.

Xatırladaq ki, Y.Kələntərli Bakıda doğulub. O, əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub və siyasi təşkilatın rəhbərliyində təmsil olunub. Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına keçib (hazırki ƏHD Partiyası).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər