1 Fevral 22:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Araz-Naxçıvan" elə-belə yerə ikinci pillədə getmir. Əvəzetmələri, digər oyunçuların meydana çıxması öz sözünü deyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXI turunda “Araz”-Naxçıvan”la 0:0 hesabla bitən matçdan sonra keçirilən mətbuat konfransında deyib.
35 yaşlı mütəxəssis qolsuz heç-heçəni belə şərh edib: “Yaxşı oyun oldu. Hər ikisi hissədə mübarizə gördük. İlk hissə bizim üstünlüyümüz şəraitində keçdi. Əfsuslar olsun ki, penaltidən yararlana bilmədik. Amma bu cür rəqibə qarşı matçda bir xal qazanmaq da yaxşıdır. Onlar ikinci yerdə gedir, möhkəm komandadır. Belə rəqiblə görüşdə bu cür oyun nümayiş etdirdiyinə görə komandama alqış düşür. Üzülürük ki, qalib gələ bilmədik. Futbolçularıma təşəkkür edirəm. Qələbələr bizi gözləyir. Belə mübarizə ilə qalibiyyət şansları daha çox olur. Hər iki komandaya bir xal düşməsi, ədalətli idi. Biz də elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda altıncı pillədəyik, amma hər şey dəyişə bilər. Belə futbolla öz xallarımızı toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik”.

V. Cavadov “Sumqayıt” 5 oyundur ki, komandasının qol vurmura bilməməsi barədə isə bunları deyib: “Futbolda termin var ki, qalib gələ bilmirsənsə, uduzma. Beş oyunda qol vura bilməsək də, xallar toplayırıq. Bu gün penaltini dəyərləndirə bilmədik. İşləmək lazım olacaq. Çalışacağıq ki, qarşıdakı oyunda maksimum xal qazanaq. Komandamızın gücü olmasaydı, 90-cı dəqiqədə hücumda olmazdıq. Oyundan-oyuna fərq var, bəzən rəqib səni məcbur edir, yorulursan. Ancaq "Sumqayıt" həmişə qalib gəlmək istəyir. Futbolçularım da bunu dərk edir. Bu gün oyun onu göstərdi ki, evdə dominant, yaxşı futbol oynadıq. Hesab istədiyimiz kimi olmasa da, bu cür rəqiblə görüşdə bir xal məni qane edir”.
Qeyd edəj ki, Azərbaycan Premyer Liqasının XXI turundan sonra “Sumqayıt” 21 xalla 7-ci pilləyə ensə də, “Araz-Naxçıvan” 36 xalla turnir cədvəlinin ikincisidir.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər