Danimarka əsilli isveçli siyasətçi və ifrat sağçı anti-İslamçı "Hardline" Partiyasının qurucusu Rasmus Paludan Türkiyənin Danimarkadakı səfirliyi qarşısında Quranı yandırıb.
Teleqraf.com xəbər verir ki, o, "X" sosial şəbəkəsində video paylaşıb.
“Saat 12:38-də Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranın yandırılması”, - deyə o, yazıb. Video görüntülərdə Quranın yandırıldığı görünür.