ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün birgə işləyə bilər.
Teleqraf.com xəbər verir ki, bunu "Almaniya üçün Alternativ" (AfD) partiyasından Almaniyanın kanslerliyinə namizəd Alis Vaydel Noy-İzenburqda keçirilən seçkiqabağı tədbirdə deyib.
“ABŞ Prezidenti Donald Tramp seçki kampaniyası zamanı sülhü müdafiə edən yeganə namizəd idi. Mənim ümid edirəm ki, Birləşmiş Ştatlar Rusiya ilə birlikdə bu dəhşətli müharibəni mümkün qədər tez bitirə biləcək”.
Onun sözlərinə görə, Avropa xüsusilə Almaniya artıq Ukraynada sülhə nail ola bilməz.