ABŞ-nin Somalinin dağlıq bölgəsinə endirdiyi aviazərbələr zamanı İŞİD terror qruplaşması ciddi itkilər verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset məlumat verib.
"Prezident Donald Trampın göstərişi ilə və Somali Federal Hökuməti ilə koordinasiya əsasında mən ABŞ-nin Afrika Komandanlığına bu gün Somalinin Qolis dağlarında İŞİD yaraqlılarına qarşı koordinasiyalı hava hücumları həyata keçirməyə icazə verdim. İlkin qiymətləndirməmizə görə, çoxlu sayda terrorist öldürülüb. Mülki şəxslər arasında zərərçəkən olmayıb" - o bildirib.
Heqset qeyd edib ki, bu zərbələr ABŞ vətəndaşlarını və digər günahsız mülki insanları təhdid edən İŞİD-i zəiflədəcək.