00:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də xilasedicilər Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşmuş "Black Hawk" hərbi helikopterinin üç ekipaj üzvündən ikisinin cəsədlərini çıxarıblar.

Teleqraf.com xəəbr verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "CBS News" kanalı məlumat yayıb.

Məlumata görə, helikopterdən biri kişi biri qadın olmaqla iki cəsəd çıxarılıb.

Qeyd edək ki, qəza yanvarın 29-da Ronald Reyqan hava limanı yaxınlığında baş verib. Təlim uçuşu həyata keçirən hərbi helikopter "American Airlines" sərnişin təyyarəsinə çırpılıb. ABŞ-də qəzaya uğrayan təyyarənin göyərtəsində 14 fiqurlu konkisürən və məşqçi olub.


Müəllif: Arzu

Oxşar xəbərlər