Abşeron rayonu saray qəsəbəsində küçədən meyit tapılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla meyitin Saray qəsəbə sakini 1978-ci il təvəllüdlü Z. Nadirova məxsus olması müəyyən edilib.
Müayinə zamanı onun üzərində zorakılıq əlaməti aşkar edilməyib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla əlaqədar Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.