Növbəti meşəbərpa tədbirləri bu gün Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilib.
Teleraf.com xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən meşəbərpa tədbirləri zamanı ümumilikdə 8 mindən artıq palıd, cökə, Eldar şamı və qoz tingi əkilib.
O qeyd edib ki, ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.