1 Fevral 23:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsi zamanı həlak olmuş SSRİ vətəndaşlarını anır.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatının baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq məlumat verib.

O, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın BMT-nin baş katibi Antonio Quterreşi tənqid etməsini belə şərh edib.

Daha əvvəl Zaxarova bildirib ki, Moskva Quterreşin Beynəlxalq Holokostu Anma Günündə çıxışı zamanı nasistlərin sovet qurbanları haqqında danışmamasından qəzəblənib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, SSRİ xalqları “faşist Almaniyası üzərində Qələbəyə həlledici töhfə verib".


Müəllif: Arzu

Oxşar xəbərlər