"American Airlines" sərnişin təyyarəsi ilə toqquşan "Black Hawk" hərbi təyyarəsi vacib şəxslərin daşınmasına və hökumətin fasiləsiz işləməsinin təmin olunmasına məsul imiş.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" yayıb.
Jurnalın qeyd etdiyinə görə, vertolyot, paytaxta hücum olarsa, ABŞ ali rəhbərlərindən birinin təhlükəsiz zonaya çatdırılması ilə bağlı tapşırığı yerinə yetirməli imiş. Məqalədə deyilir ki, Vaşinqton ətrafında vertolyotla uçmaq yüksəkçinli məmurlara vaxtlarından daha səmərli istifadə etməyə imkan verirmiş.
WSJ bildirir ki, "generallar üçün taksi" rolunu oynayan vertolyotun qəzaya düşməsi, sadəcə olaraq, ABŞ-nin yüklənmiş hava məkanında mürəkkəb təlim uçuşlarının yerinə yetirilməsi risklərini qabardıb.