2 Mart 2015 10:36
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Corc Buş və keçmiş vitse-prezident Dik Çeyninin Venesuelaya girişi qadağan olunub.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro məlumat verib. O, Venesuelaya səfər edəcək Amerika vətəndaşlarına viza tətbiq edilməsi və bəzi siyasətçilərin ölkəyə buraxılmaması ilə bağlı qərar qəbul edib. Buna səbəb kimi Maduro ABŞ-ın ölkənin daxili işinə qarışmasını göstərib.

Bununla da Venesuelanın keçmiş prezidenti Uqo Çavesin 1999-cu ildə hakimiyyətə gəlməsindən bu yana Venesuela və ABŞ arasında yaşanan diplomatik gərginlik artmağa başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər