4 Mart 2015 07:26
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland mayın 11-də Kubaya rəsmi səfər edəcək.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə Yelisey sarayının ötən gün yaydığı məlumatda bildirilir.

“Respublika prezidenti 8-11 may tarixlərində Antil adalarına və Kubaya səfər edəcək. Bu Fransa prezidentinin bu ölkəyə ilk səfəri olacaq”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən ilin aprelində Fransa XİN rəhbəri Loran Fabius Kubaya tarixi səfər edib. Bu Fransa xarici diplomatiya rəhbərinin Kubaya son 31 ildə ilk səfəri olub.


Müəllif:

Oxşar xəbərlər